
“Araz-Naxçıvan”la matçın hazırlığı başa çatdı
“Neftçi” Premyer Liqanın 6-cı turunda qarşılaşacağı “Araz-Naxçıvan”la oyunun hazırlığını başa vurub. “Flaqman” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb. Bərpa prosesini davam etdirən Emil Balayev hazırlıq prosesində iştirak etməyib. Eddi İsrafilov və Ömər Buludov isə komanda ilə birgə məşq ediblər. Məşqdə toplu və taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, sentyabrın 16-sı “Dalğa Arena”da keçiriləcək oyun saat 18:00-da başlanacaq və “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
Tövsiyə olunur
-
Lukas Melano: “Qol vursam, yenə gələcəyəm”
A Komanda 6 dekabr 2023, 14:13 -
“Turan Tovuz”la oyunun biletləri satışa çıxarıldı
A Komanda 5 dekabr 2023, 18:00 -
Adrian Mutu: “Futbolçularımız döyüşkən ruh göstərdilər”
A Komanda 3 dekabr 2023, 20:55 -
“Neftçi” “Zirə”ni məğlub etdi
A Komanda 3 dekabr 2023, 19:45