Azərbaycan Superkubokunun qalibi

  • Vaqif Sadıqov

    “Neftçi”yə kuboku qazandırmış baş məşqçi bu dəfə “ağ-qaralar”la daha bir titula sabib çıxıb.

  • Nazim Əliyev

    Matçın 22-ci dəqiqəsində hesabı açmış hücumçu bundan 14 dəqiqə sonra zədələnib meydanı tərk etdiyi üçün oyunsonrası penaltilərdə komandamıza kömək edə bilməsə də, görüşdə vurduğu qolla qəhrəmanlardan birinə çevrilib.

  • Yunis Hüseynov

    73-cü dəqiqədə, yəni hesab 1:1 olarkən 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməsə də, 8:7 hesabı ilə nəticələnmiş oyunsonrası penaltilərdə iki dəfə qol vurmaqla həm günahını yuyub, həm də bu qələbədə böyük rol oynayıb.