Premyer Liqa

Azersun Arena 1 oktyabr 2022 

- 18:00

VIII tur

Hakim:

Rəvan Həmzəzadə

s
3 - 1
  • 56'

    Kadi Borqes

  • 68'

    Abdullah Zubir

  • 74'

    Kvabena Ovusu

  • 24'

    Eddi İsrafilov

  • 1’

    Oyun başlandı.

  • 7’

    Kenninin zərbəsindən sonra qapıçı topu geri qaytardı, amma qayıdan topa əlverişli vəziyyətdə olan Donyo zərbə endirə bilmədi...

  • 8’

    Ovusunun zərbəsi dəqiq alınmadı.

  • 10’

    Qara Qarayevin zərbəsindən sonra Aqil Məmmədov topu tutdu.

  • 21’

    Emin Mahmudovun künc zərbəsindən ötürməsini Laval qapıya göndərsə də, qapıçı topu tutdu.

  • 22’

    Aqil Məmmədovun geri qaytardığı topa əlverişli mövqedə olan Qarayev dəqiq zərbə endirə bilmədi.

  • 24’

    QOOOLLL!!! Eddi İsrafilov başla hesabı açdı – 1:0

  • 26’

    Kadi yaxın məsafədən hədəfə düşə bilmədi.

  • 40’

    Rəqib futbolçu ilə toqquşmada zədələnən Aqil Məmmədov həkim müdaxiləsindən sonra oyunu davam etdirir.

  • 43’

    Andradenin zərbəsini Mbodj dəf edir.

  • 45’

    Veşoviçin zərbəsindən sonra Aqil Məmmədovun dəf etdiyi top qapı dirəyindən qayıtdı...

  • 45’

    İlk hissəyə 1 dəqiqə artırıldı.

  • 45+2’

    Andrade qapıçımızla təkbətək çıxsa da, zərbəsi dəqiq alınmadı.

  • 45+2’

    İlk hissə başa çatdı.

  • 46’

    İkinci hissə başlandı.

  • 50’

    Ovusunun zərbəsindən sonra Stankoviç topun çərçivəyə getməsinə imkan vermədi.

  • 55’

    Ataa Caberin zərbəsi qeyri-dəqiq alındı.

  • 56’

    Kadi Borqes uzaq məsafədən dəqiq zərbə ilə hesabı bərabərləşdirdi - 1:1

  • 57’

    Kadi Borqes

  • 64’

    Gilyerme Pato Kenni Sayefi, İsmayıl Zülfüqarlı isə Ömər Buludovu əvəzlədi.

  • 67’

    Abdullah Zubir - 2:1

  • 70’

    Qapıçımızla təkbətək çıxan Ovusunun zərbəsi dəqiq alınmadı.

  • 71’

    Filip Ozobiç Riçard Almeydanı, Julio Romao isə Leandro Andradeni əvəzlədi.

  • 74’

    Kvabena Ovusu - 3:1

  • 79’

    Solomon Kvirkveliya Mamadu Mbodju əvəzlədi.

  • 81’

    Abbas Hüseynov Marko Veşoviçi, Ramil Şeydayev isə Abdullah Zubiri əvəzlədi.

  • 83’

    İsmayıl İbrahimli Qara Qarayevi əvəzlədi.

  • 86’

    Rəhman Hacıyev İsmayıl Zülfüqarlını əvəzlədi.

  • 87’

    Lavalın ötürməsinə boş qapı ilə üz-üzə qalan Pato çata bilmədi...

  • 90’

    İkinci hissəyə 4 dəqiqə artırıldı.

  • 90+1’

    Rəhman Hacıyevin yerinə yetrdiyi cərimə zərbəsindən sonra qapıçı topu tutdu.

  • 90+2’

    Voyislav Stankoviç və Şahruddin Məhəmmədəliyev cəzalandırıldılar.

  • 90+4’

    Oyun başa çatdı.