Futbol Akademiyasına yeni təyinatlar olub
“Neftçi” Futbol Akademiyasına yeni təyinatlar olub. Anar Vəliyev U-19, Xalid Bayramov isə U-15 komandamızda köməkçi məşqçi vəzifəsini yerinə yetirəcəklər.
Qeyd edək ki, Anar Vəliyev bu postda Vaqif Paşayevi, Xalid Bayramov isə Fərrux İsmayılovun gedişindən sonra U-16-ya baş məşqçi təyin olunmuş Vaqif Əliyevi əvəzləyib.