U-11 komandamız beynəlxalq turnirdə iştirak edib

4 may 2024, 21:45

“Neftçi”nin U-11 komandası Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq turnirdə iştirak edib. Qazaxıstanın “Kayrat”, Rusiyanın MOİK və “Dinamo” (Moskva) klublarına məğlub olan baş məşqçi Mahmud Əhmədovun yetirmələri 7-ci yer uğrunda matçda Özbəkistan “Dustlik”inə 2:1 hesabı ilə qalib gəliblər. “Ağ-qaralar”ın qollarını Hüseyn Nağızadə və Bəxtiyar Bayramlı vurublar.

Qeyd edək ki, U-11 və U-12 komandalarımız bu ilin mart ayında Qətərin paytaxtı Dohada yerləşən, Asiyanın ən böyük idman akademiyalarından olan “Aspire”də təcrübə keçmişdilər.