Futbolçularımız seleksiya xarakterli toplanışda

26 aprel 2024, 18:24

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışı olacaq. Aprelin 28-dən mayın 3-dək “Dalğa” Təlim-Məşq Mərkəzində təşkil olunacaq toplanışa “Neftçi”nin 4 üzvü – Həsən Vəliyev, Həsən Mahmudov, Murad Mustafayev və Murad Məmmədov dəvət olunub.