Daha bir futbolçumuz U-18-in toplanışına qoşuldu

30 aprel 2024, 14:54

“Neftçi”nin daha bir üzvü – Eldar Babayev 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışına qoşulub. Aprelin 28-də başlayan və mayın 3-dək “Dalğa” Təlim-Məşq Mərkəzində təşkil olunacaq toplanışda bunadək 4 futbolçumuz – Həsən Vəliyev, Həsən Mahmudov, Murad Mustafayev və Murad Məmmədov iştirak edirdi.