“Sabah”la oyunun hazırlığı başa çatdı

2 mart 2021, 19:05

“Neftçi” Premyer Liqanın 18-ci turu çərçivəsində qarşılaşacağı “Sabah”la matçın hazırlığını başa vurub. Komandamız bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu martın 3-ü saat 18:15-də “Bakcell Arena”da keçiriləcək.