“Neftçi” “Sabah”ı məğlub etdi

3 mart 2021, 21:00

“Neftçi” Premyer Liqada növbəti oyununu keçirib. Komandamız 18-ci turda “Sabah”a 2:1 hesabı ilə qalib gəlib. “Ağ-qaralar”ın qollarını Namik Ələskərov (45-ci dəqiqə) və Mirabdulla Abbasov (64-cü dəqiqə) vurub. Rəqibin heyətində isə Təmkin Xəlilzadə (90+3-cü dəqiqə) penaltidən fərqlənib.

Qeyd edək ki, “Neftçi” 18 oyundan 36 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.