“Neftçi”dən əzmkar səfər qələbəsi

21 may 2023, 20:41

“Neftçi” Premyer Liqada növbəti oyununa çıxıb. “Ağ-qaralar” 35-ci turda “Kəpəz”lə üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilən matçın 45+3-cü dəqiqəsində Abdullahi Şuaybunun qolu ilə meydan sahibləri hesabda önə keçsələr də, flaqman fasilədən sonra nəinki hesabı bərabərləşdirib, hətta daha iki qol da vurmağı bacarıb. 65-ci dəqiqədə Ataa Caber, 87-ci dəqiqədə Ömər Buludov, 90+4-cü dəqiqədə isə Kilan Lebon fərqlənib – 1:3.

Qeyd edək ki, artıq 3-cü yeri tutduğu rəsmiləşən “Neftçi” 35 oyundan 65 xal toplayıb.