“Zirə” ilə oyunun hazırlığına start verdik

15 fevral 2024, 14:24

“Neftçi” Misli Premyer Liqasının 23-cü turu çərçivəsində qarşılaşacağı “Zirə” ilə matçın hazırlığına başlayıb. “Araz-Naxçıvan”la oyundan sonra bir günlük istirahətə buraxılan komandamızın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində məşqə çıxıblar. Hazırlıq prosesi əsasən toplu çalışmalardan ibarət olub.

Qeyd edək ki, “Neftçi” – “Zirə” görüşü fevralın 18-i saat 18:00-da “Neftçi Arena”da baş tutacaq. Oyun biletlərini iticket.az saytı vasitəsilə onlayn şəkildə əldə etmək mümkündür.