“Neftçi” – “Zirə” oyununu Əliyar Ağayev idarə edəcək

18 fevral 2024, 14:36

Misli Premyer Liqasında 23-cü turun təyinatları açıqlanıb. “Neftçi” – “Zirə” matçının baş hakimi Əliyar Ağayev olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək. VAR hakimi Rəşad Əhmədov, VAR hakiminin köməkçisi Kamran Bayramov, hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi Emin Cəfərov olacaq.

Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu bu gün saat 18:00-da “Neftçi Arena”da keçiriləcək.