“Neftçi” “Zirə”ni məğlub etdi

18 fevral 2024, 21:26

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 23-cü turda “Zirə” ilə qarşılaşıb. “Neftçi Arena”da baş tutan matçda komandamız qalib gəlib – 1:0. Qələbə qoluna 11-ci dəqiqədə Ervin Koffi imza atıb.

Qeyd edək ki, “Neftçi” 23 oyundan 35 xalla turnir cədvəlində 3-cü yeri tutur.