“Neftçi” Tovuza sabah yollanacaq

22 fevral 2024, 13:15

“Neftçi” Misli Premyer Liqasının 24-cü turunda qarşılaşacağı “Turan Tovuz”la oyunun hazırlığını davam etdirir. “Zirə” ilə matçdan sonra bir gün istirahət edən “ağ-qaralar” fevralın 20-də məşqlərə başlayıb. “Neftçi” Futbol Mərkəzində hazırlaşan komandamızın üzvləri sabah Tovuza yola düşəcək.

Qeyd edək ki, fevralın 24-ü saat 15:00-da Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyunu saat 15:00-da başlanacaq.