“Turan Tovuz”la səfər oyununu Tural Qurbanov idarə edəcək

24 fevral 2024, 13:49

Misli Premyer Liqasında 24-cü turun təyinatları açıqlanıb. “Turan Tovuz” – “Neftçi” matçının baş hakimi Tural Qurbanov olacaq. Ona Rəhman İmami və Şirmamed Mamedov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. VAR hakimi Cavid Cəlilov, VAR hakiminin köməkçisi Kamran Bayramov, hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi Azər Əsgərov olacaq.

Qeyd edək ki, “Turan Tovuz” – “Neftçi” oyunu bu gün saat 15:00-da Tovuz şəhər stadionunda keçiriləcək.