“Neftçi”dən böyükhesablı qələbə!

15 mart 2024, 22:17

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 27-ci turda “Səbail”lə qarşılaşıb. “Neftçi Arena”da baş tutan matçda komandamız qalib gəlib – 3:0. 23-cü dəqiqədə avtoqol qeydə alınıb. Digər qolları Azər Salahlı (27-ci dəqiqə) və Yeqor Boqomolski (85-ci dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” 27 oyundan 40 xalla turnir cədvəlində 2-ci yeri tutur.