Namiq Əlizadə

  • Çalışmağa başladığı il:

    2023


  • Doğum tarixi:

    31.01.1981

Namiq Zahid oğlu Əlizadə 1981-ci il yanvarın 31-də Bakıda anadan olub.

1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Əmtəəşünaslıq” fakultəsi “İstehlak Mallarının Keyfiyyət Ekspertizəsi” ixtisası üzrə bakalavr dərəcəsində, 2002-2004-cü illərdə isə həmin ixtisas üzrə magistr dərəcəsində təhsil alıb.

2011-ci ildə “Azərbaycan regionlarında istehlak malları bazarının inkişafının təkmilləşdirilməsi” mövzusunda “iqtisad üzrə fəlsəfə doktoru” elmi dərəcəsini alıb. 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə elmlər doktoru elmi dərəcəsi almaq üçün müsabiqədən keçib. Hal-hazırda doktorluq disertasiyası üzərində çalışır.

2016-cı ildən indiyə kimi ADİU-nun yarımştat müəllimidir.

2004-2007-ci illərdə Azərbaycan Milli Aerokosmik Agentliyinin Kosmik Cihazqayirma Məxsusi Konstruktor Bürosunda baş mühasib, 2007-2009-cu illərdə “Nurgun Group” MMM-də Daxili audit, Proseslərə və keyfiyyətə nəzarət departamentinin müdiri, 2009-2010-cu illərdə “Milk-Pro” MMC-də Marketinq departamentinin müdiri, 2010-2014-cü illərdə “Cəvahir Audit Consulting Centre” MMC-də direktor, 2015-2016-cı illərdə Odlar Yurdu Universitetində Biznes, iqtisadiyyat və menecment kafedrasında müəllim, 2016-2020-ci illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Təlim Tədris Mərkəzində “Biznesin inkişafı” qrupunun rəhbəri, 2020-2021-ci illərdə “Azersun Holding” MMC-də Mühasibat direktorluğunun baş mühasibi, 2021-2022-ci illərdə “Agrokimya” MMC-də Maliyyə departamentinin direktoru vəzifələrində çalışıb.

2023-cü ilin yanvarından “Neftçi” PFK-nın maliyyə direktorudur.