Şirəli Şirəliyev

  • Dönəm:

    Baş məşqçi, 1951-1952, 1958

  • Vətəndaşlığı:

    Azərbaycan

  • Doğum tarixi:

    1912

Şirəli Şirəliyev 1912-ci ildə Salyanda dünyaya gəlib.

O, ilk azərbaycanlı futbol məşqçisidir. 1949-cu ildə "Neftçi" güclülər dəstəsində çıxış etməyə başlayanda komandamızda ikinci məqçi kimi çalışıb. 1951-1952-ci illərdə isə baş məşqçi vəzifəsini yerinə yetirib. Daha sonra 1952 və 1957-1958-ci illərdə komandamızın rəisi olub.  

1962-ci ildə respublikada futbolun yaranmasının 50 illiyi münasibəti ilə keçirilən tədbirdə Şirəli Şirəliyevə Azərbaycanın Əməkdar məşqçisi adı verilib. Mütəxəssis həmin ildə “Azərbaycanın bədən tərbiyəçisi və idman xadimi” adına da layiq görülüb.

Bütün ömrünü komandamıza həsr edən Şirəli Şirəliyev 1978-ci ildə vəfat edib.