"Neftçi" Ələkbər Məmmədovun xatirə turnirinin qalibi oldu
U-10 komandamız "Neftçi”nin veteran futbolçusu, SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi Ələkbər Məmmədovun xatirəsinə həsr olunmuş turnirin qalibi olub. "Ağ-qaralar” 2010-cu il təvəllüdlü futbolçular arasında keçirilmiş yarışın final matçında "Qarabağ”ı 5:3 hesabı ilə məğlub edərək, kuboka sahib çıxıb. Əli Musazadə het-trikə imza atıb. Komandamızın digər qollarını Yusif Quliyev və Rəşad Şirməmmədli vurublar. Yusif Quliyev 6 qolla turnirin ən məhsuldar futbolçusu olub.
Qeyd edək ki, "Amasiya” İdman Kompleksində təşkil olunmuş, 2 qrupdan ibarət 8 komandanın mübarizə apardığı turnirdə "Neftçi” bunadək "Amasiya” (9:1), ROFM (3:1) və "İrani” (İran, 2:3) komandaları ilə qarşılaşmışdı.
Tövsiyə olunur
-
4 futbolçumuz U-17 milli komandasında!
Akademiya 13 may 2024, 15:25 -
Gənclər Liqasında mövsümü 3-cü yerdə başa vurduq
Akademiya 12 may 2024, 17:21 -
U-11 komandamız beynəlxalq turnirdə iştirak edib
Akademiya 4 may 2024, 21:45 -
Daha bir futbolçumuz U-18-in toplanışına qoşuldu
Akademiya 30 aprel 2024, 14:54