U-11 və U-12 komandalarımız “Aspire”də təcrübə keçəcəklər

29 fevral 2024, 17:47

“Neftçi” PFK-nın U-11 və U-12 komandaları martın 3-də Qətərin paytaxtı Dohaya yollanacaqlar. “Ağ-qaralar” Asiyanın ən böyük idman akademiyalarından olan “Aspire”də təcrübə toplayacaqlar. Komandalarımız martın 4-dən 7-dək hər gün “Aspire”dən olan həmyaşıdları ilə yoldaşlıq matçları keçirəcəklər. Oyunların “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.

Qeyd edək ki, “Neftçi” martın 8-də Bakıya qayıdacaq.