Akademiya komandalarımızın məşqlərinin keçirilməməsi martın 23-dək uzadılıb
Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə “Neftçi” Futbol Akademiyası komandalarının məşqlərinin keçirilməməsi martın 23-dək uzadılıb.
Qeyd edək ki, eyni səbəbdən AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin “Coca-Cola Məktəbli kuboku”nun iştirakçılarının, müvafiq olaraq, orta məktəb şagirdləri və tələbələr olması nəzərə alınaraq, qeyd olunan turnirlərin oyunları 2020-ci il martın 27-dək təxirə salınıb.
Tövsiyə olunur
-
4 futbolçumuz U-17 milli komandasında!
Akademiya 13 may 2024, 15:25 -
Gənclər Liqasında mövsümü 3-cü yerdə başa vurduq
Akademiya 12 may 2024, 17:21 -
U-11 komandamız beynəlxalq turnirdə iştirak edib
Akademiya 4 may 2024, 21:45 -
Daha bir futbolçumuz U-18-in toplanışına qoşuldu
Akademiya 30 aprel 2024, 14:54