6 futbolçumuz U-18 milli komandasında
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası aprelin 15-dən 22-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesinə “Neftçi” PFK-nın 6 üzvü dəvət olunub. Bunlar Fariz Xeyrullayev, Hüseyn Məmmədzadə, Əfqan Nuriyev, Rüfət Abbasov, Elcan Əbilov və Ağadadaş Salyanskidir.
Qeyd edək ki, milli hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək.