3 futbolçumuz U-18 milli komandasında

21 aprel 2023, 12:00

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Aprelin 22-dən 29-dək Bakıda təşkil olunacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 3 üzvü – Nicat Qaragözlü, Surxay Nəbiyev və Taleh Mahmudzadə dəvət alıb.