“Neftçi”nin 2 futbolçusu U-18 milli komandasında

21 avqust 2023, 12:00

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Avqustun 22-dən 30-dək Bakıda təşkil olunacaq hazırlıq prosesinə “Neftçi”nin 2 üzvü – Surxay Nəbiyev və Taleh Mahmudzadə dəvət olunub.