Futbolçumuz seleksiya xarakterli təlim-məşq toplanışında

22 avqust 2023, 12:00

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışı olacaq. Avqustun 22-dən 24-dək Bakıda təşkil olunacaq hazırlıq prosesinə “Neftçi”nin üzvü Nihad Əliyev dəvət olunub. Millimiz hazırlıq çərçivəsində I Liqa təmsilçiləri – MOİK və “İmişli” ilə yoxlama oyunları keçirəcək.