“Neftçi”nin 2 üzvü U-19 milli komandasında

2 sentyabr 2023, 15:15

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Sentyabrın 4-dən 6-dək Bakıda, 7-dən 12-dək isə Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 2 üzvü – Rüfət Abbasov və Murad Məmmədov dəvət olunublar. U-19 toplanış çərçivəsində sentyabrın 9-da və 11-də Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.