“Neftçi”nin futbolçuları Türkiyə millisinə qarşı

4 sentyabr 2023, 13:32

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına başlayıb. Sentyabrın 7-dək Bakıda, 8-dən 13-dək Türkiyənin İstanbul şəhərində davam edəcək hazırlıq prosesində “Neftçi” PFK-nın üzvləri – Məhəmməd İmaməliyev və Röyal Fərzullazadə iştirak edəcəklər. Hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirəcək millimiz sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.