“Neftçi”nin 2 üzvü U-19 milli komandasında

10 oktyabr 2023, 11:26

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Oktyabrın 11-dən 13-dək Bakıda, 13-dən 17-dək isə Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 2 üzvü – Rüfət Abbasov və Murad Məmmədov dəvət olunublar. U-19 toplanış çərçivəsində oktyabrın 14-də və 16-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.